четверг, 29 июня 2017 г.

Təcili olaraq çox rahat və funksional, daşdan inşa edilmiş həyət evi satılır. Ev, Bakıxanov qəsəbəsinə girişdə, aeroport maqistral yolu kənarında, “Atəşgah dairəsi” (keçmiş “Komsomol dairəsi”) yanında yerləşir.

Təcili olaraq çox rahat və funksional, daşdan inşa edilmiş həyət evi satılır.
Ev, Bakıxanov qəsəbəsinə girişdə, aeroport maqistral yolu kənarında,
“Atəşgah dairəsi” (keçmiş “Komsomol dairəsi”) yanında yerləşir.

Torpaq parçasının sahəsi 700 m2 (7 sot),
evin ümumi sahəsi 200 m2, yaşayış sahəsi 110 m2.

Evin tərkibi:
- Qonaq otağı;
- 3 yataq otağı;
- Uşaq otağı);
- Böyük xoll;
- 2 mətbəx (biri evdə, digəri, “yay mətbəxi”,həyətdə);
- 3 sanitar qovşağı (evdə 1 birləşdirilmiş, 1 ayrı və həyətdə 1 s/q);
- Ayırıca çıxışı olan qaraj;
- Geniş və funksional həyət.
  (055) 773-15-59 (WhatsApp)

Evin istilikisti su təminatı sistemi var.
Evdə quraşdırılmış 3 kondisioner bütün yaşayış otaqlarında comfort abı-hava yaratmağa imkan verir.
Ən isti havada belə evdə rahat edici sərinlik yaşanır.

Ev qaya süxuru üzərində inşa edilmişdir, möhkəm özülə malikdir.

Ev 1 mərtəbəlidir, kürsü mərtəbəyə malikdir. Kürsü mərtəbəsinin müqabilində yaşayış otaqları torpaq səthindən 2 metrə yaxın hündürlükdə yerləşirlər. Bu öz növbəsində otaqları süxur qatının nəmişliyindən qoruyur.
Kürsü mərtəbəsinin “Qonaq otağı”, “Yataq otağı-1”, “Yataq otağı-2”, “Yataq otağı-3”, “Uşaq otağı”, “Dəhliz”, və “Sanitar qovşağı-2”altında yerləşən hissələrinin hündürlüyü 1m 50sm təşkil edir və 120m2 sahəli tam beton döşəməyə malikdir.
Bu ərazi anbar kimi istifadə olunur. Burada nəmişlik yoxdur.
“Xoll”, “Mətbəx-studio”, “Sanitar qovşağı-1” otaqlarının altında kürsü mərtəbəsi yoxdur, burada yay mətbəxi yerləşir. Mətbəxdə qaz plitəsi, qab yumağa avadanlıq (moyka), mətbəx mebeli və soyuducu quraşdırılıb. Burada, açıq havada, şəlalə-fəvvarənin səsi altında qonaq qəbul etməyə bütün şərait var. Burada asanlıqla 50-yə yaxın qonaq yerləşdirmək mümükündür. Həyətdə ayrıca manqal yeri var.
Yuxarıda qeyd edildiyi kimi, ev fərdi mərkəzləşdirilmiş istilik sisteminə malikdir. Qazanxana və “Sanitar qovşağı-2” üçün 100 litrlik su qızdırıcısı kürsü mərtəbəsində yerləşdirilib. Qazanxananın burada yerləşməsi və mənzilin istilik, “Sanitar qovşağı-2”-nın isti döşəmə xətlərinin buradan keçməsi səbəbindən soyuq mövsümdə burada həmişə isti və quru olur. Bu isə öz növbəsində, yuxarıda yerləşən yaşayış otaqlarının qızdırılmasına ötəridə olsa, təsir göstərir. “Sanitar qovşağı-1”-də suyun qızdırılması üçün avtomat qaz kolonkasından istifadə olunur.
Qaraj.
Qarajın darvazası, avtomatik, rulon tiplidir..

Giriş darvazası və qapısı. 
Həyətə giriş darvazası 2 laylı, elektrik ötürücülüdür

Hasarda, həyətin perimetri üzrə işıqlandırma qurğuları quraşdırılıb.
Həyət başdan-başa keramik plitə ilə döşənib.
Həyət boyu çiçək ləklərimeyvə ağacları əkilib
İsti yay günlərində həyətin havasını sərinləşdirən fəvvarə-şəlalə mövcuddur.
Şəlalənin yanında kabab çəkmək üçün böyük manqal var.
Evin həyətinə rahatlıqla 4-6 avtomobil yerləşdirmək olar
Evin 2 su xətti var. Bir xətdə su bütün il boyu olur, digər xətdə isə su yalnız yay aylarında olur. Bu ikinci xətdən su bitkilərin suvarması və digər texniki ehtiyaclar üçün istifadə edilir. İçməli suyun böyük (7000 litr) ehtiyatı və avtomatika sistemi sudan gün boyu rahat istifadə etməyə imkan verir.
Birbaşa qonşuluqda (divar-divara) digər evlər yoxdur. Odur ki, nə siz digərinə narahatçılıq yaratmırsınız, nədə digəri sizə. Ev hündürlükdə yerləşdiyindən burada boğanaq olmur, ərazinin havası gün boyu meh və ya külək nəticəsində dəyişir.
Sürətli yola yaxın yerləşməsi (aeroport yolu) imkan verir ki, eyniliklə siz tez bir zamanda şəhər mərkəzinə və yaxud dəniz sahilinə, çimərliyə çatasınız.
Məsələn: ("Golden Beach Aqua-Park","Dalga Beach Aqua-Park" Mərdəkan - 18 km), həmçinin şəhər mərkəzinə 15km.
Bu yol vasitəsi ilə siz artıq 8 dəqiqədən sonra H.Əliyev adına Beynəlxalq Hava Limanında ola bilərsiniz.
15-20 dəqiqəyə siz Mərdəkanda, 15 dəqiqədən sonra şəhər mərkəzində ola bilərsiniz.
Evdə 2 şəhər telefon xətti var. Həyətin giriş qapısında domofon quraşdırılıb
.
 SƏNƏD: Ev və torpağa - Çıxarış
START QİYMƏTİ: 320.000 AZN 
ƏLAQƏ: (055) 773-15-59 (WhatsApp)

İNTERYER
Xoll
Girş qapısı.
Xoll. Giriş qapısından görkəm.
(Sağda, arka altında mətbəx-studio yerləşir)
Mətbəx-studio.
Künc divanı istiqamətindən görünüş
 
Mətbəx-studio.
Qaz plitəsi tərəfdən görkəm
Mətbəx-studio.
Masa tərəfdən görkəm
Dəhliz.
Xolldan görkəm
(Sola, 1-ci qapı “Qonaq otağı”, 2-ci qapı “Uşaq otağı”.
(Sağa, 1-ci qapı “Yataq otağı-3”, isti döşəməli “Sanitar qovşağı-2”).
“Sanitar qovşağı-2”. Birləşdirilmiş, isti döşəməli. 
(Burada həm adi duş, həm də duş kabin-cakuzu var)
Tualet
 
“Sanitar qovşağı-1”. Tualetdən ayırı
(Burada həmçinin paltar yuyan və qurudan avadanlığ quraşdırılıb) 
“Qonaq otağı” 
(Sağda, uzaq qapı “Yataq otağı-1”, yaxın qapı “Yatağ otağı-2”
“Qonaq otağı”-na daxil olan kim, sağda “Uşaq otağı2-na pencərə)
“Yataq otağı-1”
“Yataq otağı-2”
“Yataq otağı-3”
“Uşaq otağı”
Otaqların adları plana uyğun verilib.